İran Müdafiə Nazirliyindən Ali-Səud və ABŞ-a xəbərdarlıq 13 May 2015 01:00 Yəmən İranın Müdafiə Nazirliyi bəyanat yayaraq Ali-Səud rejimi və ABŞ-a xəbərdarlıq edib və bildirib ki, Ali Səud və ABŞ Yəmən xalqına yardımın çatdırılmasının qarşısını almağın mənfi nəticələrində məsuliyyət daşıyırlar. Maide.az xəbər verir ki, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi bu ölkənin Yəmənə dərman və ərzaq yardımını təhrikedici adlandıran Pentaqon sözçüsünün açıqlamasına cavab verib. İranın Müdafiə Nazirliyinin verdiyi bəyanatda Səudiyyə Ərəbistanın Yəmənə hərbi təcavüzü pislənilib və bildirilib ki, ABŞ Yəməndə soyqırımı dəstəkləməklə müharibə cinayətlərinə şərikdir və İran xalqının ərzaq və dərman preparatlarından ibarət humanitar yardımı məzlum yəmənlilərin dərdlərinin azalması istiqamətindədir. İranın Müdafiə Nazirliyi yardımların Yəmənin məzlum xalqının əlinə çatması üçün beynəlxalq zəmanətin verilməsinin zəruriliyini vurğulayaraq bildirib ki, Beynəlxalq təşkilatlar, xüsusilə də BMT lazımi tədbirləri görərək Ali-səud rejiminin vəhşicəsinə hücumlarının qarşısını almalı və onu tam şəkildə dayandırmalıdır. Qeyd edək ki, ötən gün İranın Baş Qərargah rəisinin müavini general-mayor Məsud Cəzayiri də Əl-Aləm kanalına müsahibəsində demişdi ki, İran yardım gəmisinin Yəmənə daxil olmasının qarşısının alınması təqdirdə, odun çıxacağı, amma bu odun söndürülməsinin ABŞ və Səudiyyə Ərəbistanının əlində olmayacağı xəbərdarlığını etmişdi. O bildirmişdi ki, İran İslam Respublikasının də dözümünün müəyyən həddi var. Səudiyyə Ərəbistanı indiyədək bir neçə dəfə İranın Qırmızı Aypara Cəmiyyətinin yəmən xalqında göndərdiyi humanitar yardımların məzlum Yəmən xalqının əlinə çatmasına əngəllər törədib. / Teqlər : #İran Müdafiə Nazirliyindən AliSəud və ABŞa xəbərdarlıq , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru BMT-nin Yəmən üzrə yeni nümayəndəsi bu ölkə böhranının siyasi həllini vurğulayıb Ərəbistan qırıcıları və Apaçi helikopterləri Yəmənin müxtəlif məntəqələrini hədəfə alıblar
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'