İran Səudiyyə Ərəbistanına daha bir etiraz notası verdi

 
Bu gün  İran Səudiyyə Ərəbistanın Tehrandakı müvvəqqəti işlər vəkilini XİN-ə çağıraraq bu ölkəyə daha bir etiraz notası təqdim edib. 
Maide.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Səudiyyə rejiminin hərbi təyyarələrinin . İranın humanitar yardım və Tehranda müalicə alan yəmənli yaralıların geri qaytarılması üçün göndərdiyi təyyarəni Yəmən səmasına girişinin qarşısını almasına etiraz edib. 
Qeyd edək ki, İranın Qırmızı Aypara cəmiyyəti Qızıl Xaç və Beynəlxalq QIrmızı Aypara cəmiyyəti iləı koordinasiyalı şəkildə ötən iki gündə uçuş üçün lazimi lisenziyaları alaraq Omandan Yəmənə humanitar yardım göndərmək istəyib. Lakin Səudiyyə Ərəbistan qırıcıları təyyarəni geri qayıtmağa məcbur edib. 
Təyyarədə həmçinin Yəməndə yaralanaraq Tehrana müalicə üçün gətirilmiş insanlar olub. 
İran XİN-I etiraz notasında bildirib ki, Səudiyyə Ərəbistanın hərbi təyyarələrinin bu hərəkəti Yəmənin daxili işi və səmasına müdaxilənin aşkar nümunəsidir. 
Qeyd edək ki, aprelin 20-də də İslam Respublikasının Yəmənin Səna şəhərindəki diplomatik korpusunun yaxınlığında raket partladıqdan sonra İran Səudiyyə Ərəbistanın Tehrandakı müvvəqqəti işlər vəkilini XİN-ə çağıraraq bu ölkəyə etiraz notası təqdim etmişdi./

Google+ WhatsApp ok.ru