İran XİN: “Yəmən xalqının İran silahlarına ehtiyacı yoxdur”

İran Xarici İşlər Nazirliyi Yəməndə təcavüzkar hücumlarını davam etdirən koalsiya güclərinin iddiasına cavab verdi.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə Yəmənə təcavüzünü davam etdirən koalisiya güclərinin iddiasına görə, Yəmən xalqına silah aparan İran gəmisi Ümman dənizində məhv edilib.
İran XİN bu iddaların əsassız olduğunu və Yəmən xalqının təcavüzkarlarla mübarizədə İran silahlarına ehtiyacı olmadığını açıqlayıb:
“Bu iddia əslində psixoloji savaşın nümunəsidir. Yəməndəki cinayətləri və qətliamları ört-basdır etmək istəyən koalisiya gücləri bu iddianı ortaya atıblar”. /

Google+ WhatsApp ok.ru