İran Yəmən böhranının həlli üçün 4 maddə təklif etdi

İran Yəmən böhranının həlli üçün 4 maddə təklif etdi

-- dərhal atəşkəs elan edilməlidir və ...

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Yəməndə baş verən böhranın ilk günündən etibarən İranın dörd mərhələli həll yolu təklif etdiyini açıqlayıb. 

O bildirib ki, bu problemn həll üçün dərhal atəşkəs elan edilməlidir. Humanitar yardım ölkəyə buraxılmalı, Yəmən daxilində danışıqlar aparılmalı və inklüziv, eyni zamanda əhatəli bir hökumət yaradılmalıdır. 

 Cavad Zərif daha sonra qeyd edib ki, Səudiyyə Ərəbistanının Yəməndə etdiklərinin krallığa qarşı nifrətdən və uşaqları öldürməkdən başqa nəticəsi olmayıb.   

Qeyd edək ki, 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə qarşı təcavüzündən sonr ən az 13,600 dinc sakin öldürülüb.

Ölkə infrastrukturunun çox hissəsi, o cümlədən xəstəxanalar, məktəblər və fabriklər dağıdılıb.

Səudiyyə liderliyi ilə başlayan müharibə Yəməndə ölümcül vəba epidemiyasına səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, vəba epidemiyası səbəbiylə 2017-ci il aprelin sonundan etibarən 2,167 nəfər həyatını itirib və 841,906 nəfər virusa yoluxub. (eastnews.org)

Google+ WhatsApp ok.ru