Səudiyyə kralı Milli Qvardiyaya Yəmənə girmək əmri verdi

Səudiyyə kralı Salman ibn Abdeil Aziz əl-Səud ölkənin Milli Qvardiyasına Yəmənə qarşı başladılmış "Qərarlılıq fırtınası" əməliyyatlarına qoşulmaq əmri verib.
 
Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyənin Sky News Arabia telekanalı məlumat yayıb.
 
"Kral Salman Milli Qvardiya qüvvələrinə "Qərarlılıq fırtınası" əməliyyatlarına qoşulmaq əmri verib", - deyə Səudiyyə televiziyaları bildirib.
 
Səudiyyə Milli Qvardiyasının əsas vəzifələri ölkənin sərhədlərini, müxtəlif müəssisə və qurumların təhlükəsizliyini mühafizə etməkdir. Onun tərkibinə quru, aviasiya, kəşfiyyat və hava hücumundan müdafiə qüvvələri daxildiir./

Google+ WhatsApp ok.ru