Ağ Ev: `İran husilərə komandanlıq etmir`

Maide.az-ın məlumatına görə, Amerika Milli Təhlükəsizlik Şurasının sözçüsü Bernadet Mihan dünən mediaya açıqlamasında Ərəbistan və Qərb rəsmilərin İranın Ənsarullah hərəkatının üzvlərini dəstəkləməsinə dair iddialarını rədd edib. 
 
"Hafington Post"un yazdğına görə, Bernadet Mihan bildirib ki, İran Yəməndə husilərə nəzarət və komandanlıq etmir.
 
Qəzet bundan əlavə Ərəbistanın başçılığı altında ərəb ölkələrinin İran haqdakı iddialarını rədd edən Amerika kəşfiyyat başçılarının sözlərinə də yer verib. Belə ki, Amerika kəşfiyyat başçıları bir neçə ay bundan öncə bildirmişdilər ki, Yəmən olayları iddiaların əksinə olaraq, İranın ərəb ölkələri ilə qiyabi müharibə meydanı olmayıb, bu, daxili bir savaşdır.

Google+ WhatsApp ok.ru