Sənanın cənubunda partlayışlar baş verib

Yəmənin təhlükəsizlik mənbələri bu ölkənin paytaxtı Sənanın cənubunda partlayışların baş verməsindən xəbər veriblər.
 
Maide.az-ın "Yemen-Press"ə istinadən verdiyi məlumata görə, Ərəbistanın Sənanın cənubunda yerləşən prezident qvardiyasının düşərgəsi və yaşayış massivlərinə qarşı bombardman həyata keçirib. Həmçinin təcavüzkar Ərəbistan təyyarələri bu gün bir neçə dəfə Sənanın cənubunda yaşayış massivləri, Əl-Səvad və Zəbuh düşərgələrindəki müdafiə qüvvələrinin qərargahlarını bombalayıblar.
 
Yəmənin Ənsarullah xalq hərəkatının qüvvələri də zenit raketləri ilə təcavüzkar Ərəbistan təyyarələrini hədəfə alıblar.
 
Yəmənin ordusu və xalq qüvvələri Ərəbistanın hava hücumlarına cavab olaraq, daim bu ölkənin sərhəd məntəqələrindəki hərbi mövqelərini hədəfə alırlar.

Google+ WhatsApp ok.ru