Yəməndə Ərəbistanın daha bir qırıcısı məhv edilib

Maide.az xəbər verir ki, bir Ərəbistan qırıcısı dünən Yəmənin Səədə vilayətinin şimal-şərqində yerləşən Kitaf məntəqəsində vurulub, yerə salınıb.
 
Yəmənin yerli və təhlükəsizlik mənbələri xəbər veriblər ki, Yəmənin ordu qüvvələri zenit atəşi ilə bu qırıcını hədəfə alıb.
 
Yəmən Müdafiə Nazirliyi də bəyanatında Ərəbistan qırıcısının dünən Yəmənin Səədə vilayətinin şimal-şərqində yerləşən Kitaf məntəqəsində vurulub yerə salındığını təsdiqləyib.
 
Yerli mənbələr və müşahidəçilər həmçinin dünən səhər Ərəbistan hava qüvvələrinin F-16 qırıcısının Yəmən ordusu tərəfindən vurulub yerə salınmasından xəbər veriblər. 

 

Google+ WhatsApp ok.ru