Səudiyyə Ərəbistanının Hava Qüvvələri Komandiri öldü

Ər-Riyadın Yəmənə qarşı hava hücumlarının davam etdirdiyi bir vaxtda, Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi ölkənin Hava Qüvvələri komandiri Məhəmməd İbn Əhməd Əş-Şaalanın öldüyünü açıqlayıb.
Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə,  Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin dünən verdiyi bəyənatda, Hava Qüvvələri komandiri Məhəmməd İbn Əhməd Əş-Şaalanın İngiltərəyə səfəri zamanı infarkt səbəbilə dünyasını dəyişdiyi qeyd olunub.
Səudiyyənin Hava Qüvvələri komandiri Məhəmməd İbn Əhməd Əş-Şaalanın rəhbərliyi altında olan döyüş təyyarələri martın 26-dan etibarən, Yəmənin istefa vermiş sabiq prezidentini ölkəyə geri qaytarmaq bəhanəsilə Yəmənin müxtəlif bölgələrinə hücum edərək, minlərlə günahsız yəmənlini qətliam ediblər./

Google+ WhatsApp ok.ru