Səudiyyəli və bəhreynli hərbçilər Yəmən qüvvələri tərəfindən əsir götürülüb

Maide.az xəbər verir ki, Yəmən qəbilələri cümə günü bu ölkənin Ərəbistanla sərhədində ən azı 10 səudiyyəli və bəhreynli hərbçini əsir götürüblər. 
 
Bu döyüşlərdə həmçinin bir qrup səudiyyəli və bəhreynli hərbçi öldürülüb və ya yaralanıb. 
 
Yəmənin rəsmi informasiya agentliyi də bildirib ki, bu ölkə ordusu və xalq qüvvələri Marib vilayətində əl-Qaidə terrorçuları və Sələfi əl-İslah partiyası yaraqlılarının işğal etdikləri mövqeləri geri alıblar. 
 
Bu məlumata görə, əl-Qaidə terrorçuları ötən gecə çalışıblar ki, Marib şəhərinin daxilində bəzi məntəqələrdə ordu, təhlükəsizlik və xalq qüvvələrinin mövqelərinə hücum etsinlər. Lakin bu hücumun qarşısı alınıb və onlarla terrorçu öldürülüb və yaralanıb. 
 
Digər tərəfdən Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmənin şimalında yerləşən Sədə vilayətində əl-Qədəm məntəqəsinə hücumda 10 sivil həlak olub. 
 
Səudiyyə Ərəbistanı qırıcı təyyarələri həmçinin iki dəfə Ədən vilayətinin əl-Təvahi və Xurməksər məntəqəsini bombardman ediblər.

Google+ WhatsApp ok.ru