Səudiyyə rejimi Yəməndə xəstəxananı bombaladı

Xəbər mənbələri Yəmən ətrafında cərəyan edən son olaylarla bağlı bildirirlər ki, Səudiyyə rejimi  qırıcıları Həccə vilayətində  xəstəxananı bombalayıb.
Maide.az xəbər verir ki, Almotamar.net informsiya portalı bildirir ki, Səudiyyə Ərəbistan qırıcıları Yəmənə qarşı təcavüzünün davamında Həccə vilayətində, Hərz şəhərinin xəstəxanasını bombalayıb. Yerli mənbələrin bildirdiklərinə görə, bu hücum xəstəxana binasında ciddi dağıntılara yol açıb. Həmçinin, xəstəxananın fəaliyyətini dayandırmasına səbəb olub. 
Beynəlxalq qurum və təşkilatların çıxmasının ardınca Hərz xəstəxanası  şəhər sakinlərinə səhiyyə xidməti göstərən yeganə tibb mərkəzi idi. 
Bu xəstəxananın bombardman edilməsi Hərz şəhəri üçün insan faciəsinə səbəb olacaq. 
Səudiyyə rejiminin Yəmənə olan hücumlarında indiyə qədər 4 min nəfər ölüb. Ölənlər arasında qadın və uşaqların sayı çoxluq təşkil edir. 
Analitiklər bildirirlər ki, Ərəbistanın Yəmənə qarşı cinayətləri İsrail rejiminin Qəzzədə törətdiyi cinayətlərin oxşarıdır./

Google+ WhatsApp ok.ru