Səudiyyə qırıcıları Fitir bayramında Yəmənə hücum ediblər

Maide.az xəbər verir ki, Ərəbistan qırıcıları Yəməndə ən mühüm islami bayramlardan sayılan Fitir bayramının gəlib çatmasına məhəl qoymadan Sənada Əldiyləmi hava bazasını bombalayıblar.
 
Səədə vilayətində də bir uşaq daxil olmaqla bir ailənin üç üzvü səudiyyəli təcavüzkarların hava hücumlarında həlak olub.
 
Dünən gecə Səədə və İbb vilayətlərində də bir qrup insan həlak olub və ya yaralnıb.
 
Belə bir halda, Ədən şəhərində Yəmənin ordusu və xalq komitələri ilə səudiyyəli təcavüzkarlar və Əlqaidə terrorşiıarı arasında ağır döyüşlər davam edir.
 
Yəmənin ordusu və xalq komitələri Ədən aeroportu ətrafında onlarla Əlqaidə ünsürünü öldürüblər.
 
Yəmənin istefa vermiş baş naziri və bu ölkənin fərari prezidentinin müavini Xalid Bihah bu gün iddia edib ki, Ədən və onun hava limanı bir neçə gün husilərlə toqquşmadan sonra bu gün ərəbistanlı qüvvələrin və Mənsur Hadinin tərəfdarlarının tam nəzarəti altına keçib.
 
Ərəbistanın tabeliyində olan təcavüzkarlar Ədən şəhərini ələ keçirmək üçün dəniz vasitəsilə bu səhərə yüzlərlə hərbi avtomobil çıxarıblar və Səudiyyə qırıcıları da geniş hava hücumları ilə hərbi təchizatların köçürülməsini himayə edir.
 
Yəmənin fərari dövlətinin bir qrup üzvü bu ölkənin kəşfiyyat xidmətlərinin üzvləri ilə yanaşı, dünən Ədənə geri dönüb. Belə bir halda, Ənsarullah hərəkatının lideri Seyid Əbdulmalik Əl-Husi Fitir bayramı münasibəti ilə əlaqədar müraciətində təcavüzkarların Ədəndən çıxarılmaları vacibliyini vurğulayıb.

Google+ WhatsApp ok.ru