Yəməndə insan faciəsinin baş verməsi barədə xəbərdarlıq

BMT-nin Yəməndə humanitar yardımlar üzrə koordinatoru bu ölkədə faciənin baş verməsi ehtimalı barədə xəbərdarlıq edib.
Maide.az  ərəbdilli əl-Hürrə televiziyasına istinadən xəbər verir ki, BMT-nin Yəməndə humanitar yardımlar üzrə koordinatoru Culian Harns cümə axşamı günü bildirib ki, 25 milyon yəmənlindən 21 milyonu təcili humanitar yardımlara, o cümlədən su, dərman və ərzaqa ehtiyaclıdır. 
Culian Harns əlavə edib ki, silahlı toqquşma nəticəsində Yəmən həqiqi insan faciəsinin şahididir və Səudiyyə Ərəbistanın hücumları və iqtisadi və coğrafi mühasirə bu prosesi şiddətləndirib. 
Başqa bir məlumata görə, Səudiyyə Ərəbistanının Yəmənə hücumlarında iştirak edən Birləşmiş Ərəb Əmirliklərinin qüvvələrindən biri öldürülüb. 
Yəməndən əldə olunan məlumata əsasən Yəmən ordusu və xalq qüvvələri Yəmənin cənubunda Ədən vilayətində əl-Qaidə terrorçuları və onları dəstəkləyənləri öldürüblər. 
Ordu və xalq qüvvələrinin əl-Qaidə terrorçuları və Ali-Səud muzdluları ilə döyüşü hələ də davam edir və Səudiyyə Ərəbistanı qırıcıları da Yəmənin müxtəlif bölgələrini bombardman edirlər. /

Google+ WhatsApp ok.ru