Səud və BƏƏ ordusunun itkiləri açıqlanıb: 103 ölü, 40 zirehli texnika, 3 vertolyot

Yəmən ordusu və Xalq Komitələrinin cümə günü Mərib şəhərində Safr hərbi bazasına təşkil etdiyi raket hücumunda 16 Səudiyyə və 45 Birləşmiş Ərəb Əmirliyi əsgəri öldürülüb.
 
Birləşmiş Ərəb Əmirliklərinə məxsus "Sky News" ərəb dili xidməti Yəmənin raket hücumunda 22 əsgərin öldüyünü bildirmişdi. Ancaq sonradan Birləşmiş Ərəb Əmirlikləri əsgərlərindən ölənlərin sayının 45-ə yüksəldiyi açıqlanıb.
 
Birləşmiş Ərəb Əmirlikləri hökuməti 45 əsgərinin ölümündən sonra 3 gün matəm elan edib.
 
Yəmən rəsmi xəbər agentliyi SƏBA, atılan raketin Sapfir hərbi bazasındakı sursat anbarına düşdüyünü və Səudiyyə koalisiyasına məxsus onlarla zirehli maşınla 3 ədəd "Apaçi" vertolyotunun də məhv edildiyini bildirib.
 
"Əl Mənar" televiziyası Sapfir hərbi bazasından 103 nəfərin cəsədinin çıxardığını və yaralı olaraq xilas edilən 70 kişinin çoxunun da vəziyyətinin ağır olduğunu bildirərək, Yəmən ordusu və Xalq Komitələrinin raket hücumunda Səudiyyə koalisiyasına məxsus 40 zirehli maşının və 3 "Apaçi" helikopterinin məhv edildiyini deyib.
 
Husilərə aid "Əl-Misirə" televiziyası isə raket hücumundan sonra Səudiyyə koalisiya üzvlərinin bir-birilərini xəyanətlə və düşmənə xidmət etməkdə günahlandırmağa başladığını bildirib.

Google+ WhatsApp ok.ru