Yəmənli tələbələrin aksiyası

Yəmənli tələbələr Səudiyyə rejiminin  bu ölkəyə qarşı təcavüzünə etiraz olaraq, aksiya keçiriblər.
 
Maide.az xəbər verir ki, Press TV-nin məlumatına görə, Yəmənin paytaxtı Sənada Tibb Elmləri Universitetinin tələbələri aksiya keçirərək, Səudiyyə Ərəbistanın onların ölkəsinə qarşı cinayətkarcasına hücumlarını pisləyiblər.
 
Aksiyaçılar deyiblər ki, Ərəbistanın hücumlarının Yəməndə demək olar, hər bir şeyi məhv etdiyi bir halda, dünya ictimaiyyətinin bu cinayətlərə göz yumması utanc gətiricidir.
Əllərində Ərəbistanın cinayətlərini təsvir edən plakatlar tutmuş yəmənli tələbələr vurğulayıblar ki, bu cinayətlər Ərriyadın Yəmənə sabitiliyi qaytarmaq barədəki iddialarının yalan olduğunu sübuta yetirir.
 
Etirazçılar həmçinin Yəmənə dərman daxil olmasını belə əngəlləyən Ərəbistan tərəfindən bu ölkəyə qarşı iflicedici mühasirənin tətbiq edilməsini pisləyiblər. /
 

Google+ WhatsApp ok.ru