Səud rejimi indi də Yəməndə toy mərasimlərini hədəf alıb

Maide.az xəbər verir ki, Səud rejimi 10 gün əvvəl təkrarladığı cinayətə yenidən baş vurub. Belə ki, sentyabrın sonunda liman şəhəri olan Mohada iki toy çadırının bombalanması nəticəsində azı 131 nəfər həlak olmuşdu.
Dünən də ABŞ-ın dəstək verdiyi koalisiya qüvvələri Yəməndə növbəti dəfə toy mərasimi keçirilən əraziyə hava zərbələri endiriblər. Bombardman nəticədə ən azı 15 nəfərin həlak olduğu, 25 nəfər yaralandığı bildirilir.
 
Hadisə paytaxt Sənadan 113 kilometr cənub-şərqdə yerləşən Damar vilayətində qeydə alınıb. 

Google+ WhatsApp ok.ru