Yəməndə təcavüzçülərə növbəti zərbə: 15 BƏƏ əsgəri öldü

 
Yəməndə zülmü davam etdurən Səudiyyə Ərəbistanı rəhbərliyində koalisiya qüvvələrinə növbəti zərbə endirilib.
 
Maide.az xəbər verir ki, husi döyüşçüləri bu sabah Ədən şəhərində koalisiya qüvvələrinin mövqelərinə 3 ardıcıl roket zərbəsi endirib.
 
İlkin məlumatlara görə 15 ölü var. Bir neçə yaralının da olduğu bildirilir. 
 
Hadisədən sonra Yəmənin baş naziri Xalid Bahah şəhərdən uzaqlaşıb. Birləşmiş Ərəb Əmirlikləri ölkənin 15 əsgərinin Yəmənin cənubunda öldüyünü təsdiqləyib. BƏƏ-nin rəsmi xəbər agentliyi bu ölkənin 15 əsgərinin Yəmənin eks-prezidenti Mansur Hadinin müavini Xalid Bahahın iqamətgahına təşkil olunan raketi hücumu zamanı öldüyünü bildirib.
 
Məlumat üçün bildirək ki, Yəməndə diktatura rejimini devirən şir Husi hərəkatına qarşı səud rejimi rəhbərliyi ilə koalisiya qüvvələri döyüşür. Aylardır koalisiya qüvvələrinin Yəmənə təcavüzü davam edir.

Google+ WhatsApp ok.ru