Səudiyyə Ərəbistanın Yəmənə son hücumlarında 10 nəfərdən çox insan ölüb

Səud rejiminin Yəmənin şimalına etdiyi yeni hücumlar nəticəsində 10 nəfərdən artıq mülki sakin ölüb, çoxsayda yaralı var.
Maide.az xəbər verir ki, Ərəbistan rejiminin qırıcıları tərəfindən Səde əyalətinin Məcəz rayonuna daxil olan əl-Məğsəl kəndini bombalaması nəticəsində 10 nəfərdən çox dinc sakin həlak olub, yaralananlar var.
Omran əyalətinin Sofyan inzibati rayonuna aid olan əl-Əmşiyyə qəsəbəsinə də hava hücumları  nəticəsində bir qadın həyatını itirib, 3 nəfər isə yaralanıb.
Bu arada, Yəmən ordusu Səud muzdlu qüvvələrinin Təəz əyalətinə doğru irəliləməsinin qarşısını alıb.
Yəmən ordusunun birləşmələri Mareb vilayətinin Bicar rayonuna məxsus Cədfere bölgəsini Səud muzdlularından təmizləyib; məlumatlı hərbi mənbənin bildirdiyinə görə, bu hücum nəticəsində çoxsayda muzdlu ölüb və yaralanıb.
Yəmən ordusu habelə Ənsarullah Xalq Komitəsi Qüvvələrinin yardımı ilə Ərəbistanın Ceyzan rayonunda yerləşən Qerma hərbi bazasına üç raket atəşi açıb.
əl-Məsire telekanalının məlumatına görə, bu hücum nəticəsində bir neçə Ərəbistan hərbçisi öldürülüb və yaralanıb. /
 

Google+ WhatsApp ok.ru