əl-Qaidə Yəmənin cənub şərqinə hücum edib; 19 terrorçu öldürülüb, 15 əsgər yaralanıb

Yəmən ordusu əl-Qaidə qüvvələri ilə Yəmən ordusunun hərbçiləri arasında gedən döyüşlərdə 19 terrorçunun və 15 əsgərin həlak olduğunu bildirir.
Maide.az-ın məlumatına əsasən, Yəmən ordusunun bir hərbçisi cümə günü səhər bildirib ki, əl-Qaidə eyni vaxtda ölkənin cənub şərqində ordunun iki qərargahına hücum edib ki, nəticədə, 15 əsgər və 19 təkfirçi qüvvə məhv edilib.
Bu hücumlarda Həzərmut vilayətinin Şəbam və Vadi əl-Seyr şəhərləri yaxınlğında ordunun qərargahları hədəfə alınıb.
Həzərmut vilayəti əl-Qaidənin Yəməndə əsas mərkəzi sayılır. Təkfirçi terrorçular bu əyalətin mərkəzi sayılan əl-Mokla şəhərinə nəzarət edirlər./
 

Google+ WhatsApp ok.ru