Səudiyyə Ərəbistan Yəməndə Sərhədsiz Həkimlərin xəstəxanasına raket hücumu edib

Yəməndə Sərhədsiz Həkimlər qrupu tərəfindən idarə olunan tibbi klinikaya raket hücumu nəticəsində ən azı 4 nəfərin həlak olduğu bildirilir.
 
Maide.az xəbər verir ki, qrupun açıqladığı bəyanatda deyilir ki, raket hücumu Saada vilayətinin Raze şəhərindəki Şiara xəstəxanasına qarşı həyata keçirilib.
 
Sərhədsiz Həkimlərin verdiyi məlumata görə, hücum nəticəsində ən azı 15 nəfər yaralanıb. Yaralılar arasında qrupun üzvləri də var. Məlumatda habelə bildirilir ki, dağıntılar altında insanların qaldığına görə ölənlərin sayının artacağı istisna edilmir.
Qrupun direktoru Raquel Ayora bildirib ki, hücumu həyata keçirənlər Şiara Hospitalının tibbi klinika kimi fəaliyyət göstərdiyini biliblər. "Onları bunu bilməməsi mümkün deyil" - deyə o, bildirib.
 
Onun sözlərinə görə, Səudiyyənin başçılıq etdiyi koalisiya da daxil olmaqla müharibə edən bütün tərəflərə vaxtaşırı tibbi klinikanın GPS kordinatları göndərilib.
Bu, son aylarda qrupun məruz qaldığı üçüncü hücumdur.
Beynəlxaq Qırmızı Xaç elan edib ki, Səudiyyə Ərəbistan qırıcıları son bir neçə ay ərzində Yəməndə 100-dən çox tibb məntəqəsi və xəstəxananı bombalayıb. Bildirilib ki, tibbi avadanlıq çatışmamazlığı yaralılar üçün ölüm təhlükəsi yaradır, Yəməndə həkimlər yarı dağılmış və az avadanlıqlarla yaralıları müayinə etsin./
 
 

Google+ WhatsApp ok.ru