Səudiyyə rejim qırıcıları Yəmənin neft qurğularını bombaladı, 15 nəfər həlak oldu

Səudiyyə Ərəbistan rejimi qırıcıları Yəmənin Hədidə əyalətində bu ölkənin neft qurğularını bombaladı, ən az 15 nfəər həlak oldu. 
Maide.az xəbər verir ki, bu gün gunorta saatlarında Səudiyyə rejimi qırıcıları bu gün Qırmızı dəniz sahillərində Hədidə əyalətində Ras İsa limanında neft saxlama qurğusunu bombaladı. Bu hücum nəticəsində ən az 15 nəfər həlak olub. 
Yəmən neft sənayesi işçiləri bildirir ki, bu hücum nəticəsində  Yəmən daxilində yanacağa olan tələbatı təmin edən anbarın neft saxlama tankerləri hədəfə alınıb. 
Şahidlərin bildirdiyinə görə, hücumlar nəticəsində böglədə geniş formada yanğın baş verib. Partlayış və yanğın nəticəsində həlak olanların sayının artacağı bildirilir.  
Qeyd edək ki, Ras İsa limanındakı neft saxlama qurğuları Yəmənin ən önəmli neft ixracat edən terminalıdır.  2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanın Yəmənə təcavüzü başlandığı gündən bu terminaldan neft ixrac olunmayıb. 
Yəmən Hüquq və İnkişaf Qanuni Mərkəzi  hesabat yayımlayıb və elan edib ki, təcavüzkar Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələrin  bu ölkəyə hücumlarının başlandığı gündən dekabr ayınadək Yəməndə 7 min 441 nəfərdən çox insan öldürlüb, onlardan 1725-i az yaşlı uşaqlardır. Bu hücumlar nəticəsində 13 min 846 nəfər isə yaralanıb. 
Yəməndə Hüquq və İnkişaf Qanuni Mərkəzi yəmənli didərginlərin sayını 900 min nəfərdən çox olduğunu bildirib./
 

Google+ WhatsApp ok.ru