Səudiyyə Ərəbistanın hücumları nəticəsində Sənada 136 məscid dağılıb

Səudiyyə Ərəbistan rejiminin başçılıq etdiyi koalisiyanın Yəmənə təcavüzü nəticəsində bu ölkənin  Səna əyalətində 136 məscid dağılıb. Bunu Səna Əyalətinin Vəqflər Ofisinin sədri İmen Əbdülqadir deyib. 
Maide.az xəbər verir ki,İ.Əbdülqadir deyib ki,  Səna əyalətində  46 məscid Səudiyyə rejiminin  qırıcılarının bir başa bombalaması nəticəsində tamamilə dağıdılıb və 87 məscidə isə ziyan dəyib. 
İ.Əbdülqadirin sözlərinə görə, dağıdılmış məscidlərin 80 faizdən çoxu Yəmənin mədəni və tarixi əsərləri sırasında olub və bəzi məscidlərin tikilmə tarixi 100 ildən daha çox olub. 
İ.Əbdülqadir tarixi  abidələrə hücumların təşkilini beynəlxalq qanunlara zidd olduğunu bildirib və Səudiyyə rejimi və müttəfiqlərinin tarixi abidələrə hücumunu pisləyib. /
  
 

Google+ WhatsApp ok.ru