Səudiyyə Ərəbistan Yəmənə hücumlarında 140 min kasset bombasından istifadə edib

2015-ci ilin  mart ayından  dekabrınadək Səudiyyə Ərəbistan Yəmənə hücumlarında təqribən 140 min kasset bombasından istifadə edib.
 
Maide.az xəbər verir ki, Səba net xəbər portalının məlumatına görə, Yəməndə Bombalardan İstifadə üzrə Araşdırma-İcra Mərkəzi bildirib ki, təcavüzkar qüvvələr Yəmənin paytaxtı Sənadakı məntəqələri kasset bombaları ilə hədəfə alıb və Fəc Ətan məntəqəsinin sakinlərinə qarşı da neytron bombasından istifadə ediblər.
 
Yəməndə Bombalardan İstifadə üzrə Araşdırma-İcra Mərkəzi əlavə edib ki, təcavüzkar qüvvələr Yəmənin müxtəlif məntəqələrində əkin sahələri, ictimai məkanlar və yaşayış massivlərinə qarşı ABŞ və İngiltərə istehsalı olan qadağan olunmuş silahlardan istifadə edirlər.
 
Səudiyyə Ərəbistan bəzi ərəb ölkələri ilə yanaşı və ABŞ-ın dəstəyi ilə 2015-ci ilin martından indiyədək  Yəmən xalqına qarşı geniş miqyaslı hücumlara başlayıbdır.
 
İndiyə kimi təcavüzkarların hücumlarında qadın və uşaqlar daxil olmaqla minlərlə yəmənli həlak olub, on minlərlə nəfər isə didərgin düşüb. /
 

Google+ WhatsApp ok.ru