Səudiyyə Ərəbistanı ilə Husilər arasında əsir mübadiləsi

Səudiyyə Ərəbistanı ilə Husilər arasında qarşılıqlı əsir mübadiləsi edildiyi bildirilir.
 
Maide.az xəbər verir ki, Husilərin sözçüsü Məhəmməd Əbdüs-Səlam Twitter hesabından verdiyi açıqlamada 100 əsirə qarşı Səudiyyə Ərəbistanına 9 əsirin təslim edildiyini bildirib.
 
Əsirlərin kimlikləri barədə məlumat verməyən Əbdüs-Səlam əsir mübadiləsinin bəzi tayfa liderlərinin Səudiyyə Ərəbistan ilə bağladığı atəşkəs müqaviləsindən bu yana həyata keçirilən ikinci mübadilə olduğunu deyib.
 
Səudiyyə Ərəbistanı tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Google+ WhatsApp ok.ru