Yəməndə minlərlə insan Səudiyyə əməliyyatlarına etiraz etdi

Yəmənin paytaxtı Sənada keçirilən iki ayrı aksiyada Səudiyyə Ərəbistanı rəhbərliyi altında koalisiya qüvvələrinin başlatdığı hava əməliyyatlarına etiraz edilib.
 
Maide.az xəbər verir ki, "Qətiyyət Fırtınası" adı verilən əməliyyatın birinci ildönümündə toplanan on minlərlə Husi Səudiyyə Ərəbistanı əleyhinə şüarlar səsləndirib. Etirazçılar əllərində "Allahu əkbər", "Amerikaya ölüm", "İsrailə ölüm" yazılmış şüarlara yanaşı Yəmən bayrağı da qaldırıb.
 
 Etiraz aksiyasında çıxış edən keçmiş prezident Əli Abdullah Saleh Riyad rəhbərliyinə danışıq çağırışı edib:
 
"Heç bir şeyi həll etmə qabiliyyəti olmayan Təhlükəsizlik Şurasına getmədən, buradan, bu meydandan Səudiyyə Ərəbistanı ilə birbaşa danışıqlara başlamaq məqsədilə cəsur sülhü üçün əlimizi uzadırıq".

Google+ WhatsApp ok.ru