Səudiyyə rejimi Yəmənin Hudeyda vilayətini bombardman etdi; 30 ölü və yaralı - Foto 29 Avqust 2016 01:00 Yəmən Səudiyyə Ərəbistanı rejimi hərbi aviasiyası Yəmənin Hudeyda vilayətinin eyni adlı şəhərində yerləşən Ras İsa rayonuna zərbələr endirib. Aviazərbələr Ras İsa rayonunda yerləşən şəkər fabrikinə tuş gəlib. Nəticədə fabrikdə çalışan fəhlələri və ailələri daxil olmaqla 30 nəfər bombardmanın qurbanı olub. Aviasiya zərbələri nəticəsinə ölənlər arasında qadınların da olduğu bildirilir. Yaralanan mülki vətəndaşların ağır yanıq xəsarətilə xəstəxanaya yerləşdirilib. Xatırladaq ki, ötən şənbə günü Səudiyyə rejimi hərbi aviasiyasının Taiz vilayətinin Şərhab rayonuna endirdiyi zərbələr nəticəsində 10 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Qeyd edək ki, Səudiyyə aviasiyası və müttəfiqləri Yəmən ordusu və “Ənsarullah” xalq hərəkatının Səudiyyə ordusuna qarşı keçirdiyi uğurlu əməliyyatların əvəzinə krallıq ordusu Yəməndə mülki vətəndaşları bombardman edir. (eastnews) / Teqlər : #Səudiyyə rejimi Yəmənin Hudeyda vilayətini bombardman etdi; 30 ölü və yaralı Foto , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə güclü partlayış Yəmənə təcavüzə və ölkənin mühasirəsinə son qoyacaq hər hansı bir təklifi müzakirə etməyə hazırıq
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'