Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir: Məktəb avtobusuna hücum – 42 ölü 09 Avqust 2018 01:00 Yəmən -- Ölən şagirdlərin çoxu 10 yaşdan kiçik məktəblilərdir Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələri Yəmənin Saada vilayətinin Dahyan şəhərində şagirdləri daşıyan avtobusu vurub. Maide.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hücum nəticəsində 43 şagird ölüb. Vilayətin səhiyyə idarəsi 61 nəfərin yaralandığını açıqlayıb. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Yəməndəki nümayəndəliyinin rəhbəri Yohannes Bruver avtobusdakı şagirdlərin çoxunun 10 yaşdan kiçik olduğunu bildirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2015-ci ildən indiyədək Yəmənə amansız hücumları və təcavüzü nəticəsində rəsmi məlumatlara görə 10 mindən çox uşaq və qadın həyatını itirib. Qeyri rəsmi məlumatlara görə, ölənlərin sayı 50 min nəfərdən çoxdur. Ölkəyə huanitar yardımın əngəllənməsi səbəbindən kütləvi xəstəliklər hökm sürür. 3 milyon 400 min nəfərdən çox Yəmənli evlərindən didərgin düşüb. Teqlər : #Səudiyyə Ərəbistanın Yəməndə cinayətləri davam edir: Məktəb avtobusuna hücum – 42 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ənsərullah atəşkəs üçün şərtlərini açıqladı Yəməndə məktəblilərin avtobusunun bombalanması nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb
Dünya Ərzaq Proqramı: Yəmən xalqına humanitar yardım göstərilməsə milyonlarla insan aclıqdan ölə bilər
Ənsarullah: Səudiyyə rejimi və BƏƏ Yəmən xalqını mühasirədə saxlamaq və qətliam etmək üçün ABŞ-ın əlində bir vasitədir
Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir
Beynəlxalq Qırmızı Xaç Komitəsi: 'Yəməndəki müharibənin və xalqının iztirablarının sona çatması üçün çalışın'