`Səudiyyə Ərəbistanı Yəməndə dünyanın ən böyük humanitar fəlakətini yaşadır`

`Səudiyyə Ərəbistanı Yəməndə dünyanın ən böyük humanitar fəlakətini yaşadır`

ABŞ Konqresinə daxil olan ilk hicablı xanım İlhan Omar Vaşinqtonun Səudiyyə Ərəbistanı mövzusunda səssizliyini təndiq edib.
 
Maide.Az "FaktXeber"-ə istinadla xəbər verir ki,  Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə seçilən müsəlman xanım bu barədə komitədə ABŞ-ın Yəməndəki münaqişəyə Səudiyyə Ərəbistanına verdiyi dəstəyin kəsilməsi üçün qanun layihəsinin müzakirəsi zamanı deiyb. O, ABŞ-ı Ər-Riyada qarşı digər ölkələrdəki kimi insan haqları standartlarının tətbiq etməməkdə qınayıb.
 
İlhan Omar Səudiyyə başda olmaqla koalisiya qüvvələrinin Yəmənə müdaxiləsinin dünyada ən böyük humanitar böhrana yol açdığını vurğulayıb: "Son 3 il yarımda bu ölkədə 17 mindən artıq insan həlak olub, 40 min nəfər yaralanıb, 3 milyon insan evindən-eşiyindən olub, 22 milyon insan isə yardıma möhtac qalıb. Milyonlarla insan aclığın astanasındadır. Səudiyyə başda olmaqla müdaxilələr səbəbində vəba geniş yayılıb. Bu, tarixdə ən pis vəba epidemiyalarından biridir".
 
 Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 
 
Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 

Google+ WhatsApp ok.ru