CNN: Səudiyyə Ərəbistanı ABŞ-ın hədiyyə etdiyi silahları Yəməndə Əl-Qaidənin ixtiyarında qoyur

CNN: Səudiyyə Ərəbistanı ABŞ-ın hədiyyə etdiyi silahları Yəməndə Əl-Qaidənin ixtiyarında qoyur

ABŞ-ın CNN televiziya kanalı apardığı araşdırmanın nəticələrini açıqlayıb. 
 
Maide.Az "tasnimnews" agentliyinə istinadən xəbər verir ki,  araşdırma nəticəsində məlum olub ki, Səudiyyə Ərəbistanı ABŞ-ın hədiyyə etdiyi silahları Yəməndə Əl-Qaidənin ixtiyarında qoyur. 
 
Məlumatda bildirilir ki,  Səudiyyə Ərəbistanı və müttəfiqləri  ABŞ istehsalı olan silahları  Yəməndə  Əl-Qaidə və digər ifratçı qrupların ixityarında qoyur. 
 
CNN bəyan edib ki, bu, Amerika silahlarının, hərbi texnikaların və təchizatlarının satışı barədə sazişin pozulmasıdır. Telekanal apardığı araşdırmaların nəticələrini ABŞ-ın hərbi qurumuna yollayıb. 
 
 Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.
 
Amansız hücumlar nəticəsində 85 min yəmənli həyatını itirib və ya yaralanıb.  Öldürülənlərdən 16 min nəfəri dinc sakinlərdir.  8,4 milyon nəfərin aclıq həddinə yaxınlaşdığı bildirilir. 

 

Google+ WhatsApp ok.ru