Səud qırıcıları Yəməndə məktəbi bombaladı: 13 şagird  şəhid oldu  - FOTO

Səud qırıcıları Yəməndə məktəbi bombaladı: 13 şagird şəhid oldu - FOTO

Səudiyyə Ərəbistanı rejim qırıcıları Yəməndə daha bir cinayət törədib. 
 
Maide.Az "almasirah"a istinadən xəbər verir ki, Səud qırcıları 7 apreldə Yəmənin Sana şəhərində Savan bölgəsində bir məktəbi bombalayıb.
 
Hücum zamanı məktəbdə oxuyan 13 şagird şəhid olub, 90-dan çox mülki vətəndaş yaralanıb.
 
Hücumrda yaxınlıqdakı evlərə də ziyan dəyib.
 
Yəmənin Səhiyyə nazirliyinin mətbuat katibi Yusif Xarrazi vəhabi krallığın bu cinayətilə bağlı dünya ictimaiyyətinə müracət edib.
 
Qeyd edək ki, artıq 5 ildən çoxdur ki, Yəmən ABŞ və Sionist rejimin diktəsi ilə regionda Səudiyyə Ərəbistanının başçılığı altında yaradılmış koalisiya qüvvələrinin hücümlarına və təcavüzünə məruz qalır. Onsuz da humanitar vəziyyətin acınacaqlı olduğu Yəmən, bu hücumlardan sonra sosial partlayışın son həddinə çatıb.  Birləşmiş Ştatlarla yanaşı Britaniya və Fransa da  bu təcavüzdə Səudiyyə Ərəbistanının tərəfindədir.
 
2015-ci ildən Yəmənə qarşı amansız hücumlar və təcavüz nəticəsində 10 minədək adam öldürülüb, 14 milyon yəmənli aclıq həddindədir.
 
Müharibə yolu ilə Yəmən xalqını təslim edə bilməyən Səud koalisiyası ABŞ-ın dəstəyi ilə Yəməni blokada şəraitində saxlayır. Hazırda 21 milyon əhalisi olan Yəmənin 80 faizi aclıqdan əziyyət çəkir. Vəbaya yoluxma halı 500.000-dən çoxdur. Onların 460 mini uşaqdır. Hazırda Yəməndə xalqın böyük dəstək verdiyi Ənsarullah Hərəkatı hakimiyyətdədir və Səud koalisiyasına qarşı mübarizə aparırlar.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru