Yəmənin ac şəhidi

Yəmənin ac şəhidi

Səudiyyə qüvvələrinin Yəməndə qızlar məktəbində törətdiyi terror aktı nəticəsində 13 azyaşlı şəhid olub. 
 
Qızlardan birinin anasının fəryadı isə ətrafdakıları göz yaşına qərq edib. Ana ağlayaraq "mənim qızım ac öldü. Səhər dərsə tələsdiyi üçün ona hazırladığım buterbrodu da götürmədi."
 
Bu səhnə dəhşətlidir. Amma...
 
Yəməndə hər gün onlarla uşaq aclıqdan ölür. Onlar raket terroru ilə deyil, hər gün aclıq terroru ilə qurban gedir. 
 
İllərdir blokadada saxlanan Yəmən xalqı bir  içim su, bir parça çörəyə möhtacdır. Bütün dünya bunu bilir, görür, amma susur. BMT hər il açıqladığı hesabatlarda aclıqdan əziyyət çəkən xalqlar arasında ilk olaraq Yəməni qeyd edir. Hər dəfə də bu say onminlərlə artır... Ancaq...
 
Bütün bu çətinliklər Yəmən xalqının iradəsini qıra bilmir. Təslim etmir. Qərbin Fars körfəzinə nəzarəti ələ keçirmək üçün Yəmən üzərində qurduğu oyunun "müsəlman" oyunçuları isə "iki müqəddəs hərəmin xadimi" olaraq Peyğəmbər ümmətinin qanını tökür. Süfrəsində bir dəvəni bütöv şəkildə qoyaraq yeyən və qalanını itlərə atan "müsəlman hərəm xadimləri" həmin saatda neçə uşağın aclıqdan öldüyünü bilmirmi? Bununla da kifayətlənməyib raket atır, yenə uşaqları öldürür. Çünki həmin balaların gələcəkdə onların qarşısında dayanan mübariz ataları kimi olacağını bilir.
 
Yəmənin ac şəhidi... Sən səhər ananın hazırladığı çörəyi yeyə bilmədin, amma indi cənnətdə ruzi yeyirsən...
 

Google+ WhatsApp ok.ru