Sanadaki məscid terrorunda şəhid sayı 32-yə yüksəlib

Yəmənin paytaxtı Sənada yerləşən Əl-Müəyyəd məscidinə təşkil edilən bombalı hücumda şəhid olanların sayı 32-yə yüksəlib.
 
Maide.az xəbər verir ki, məscid təcavüzünün sonra ağır yaralı olaraq xəstəxanaya aparılanlardan 12 nəfər, səhər saatlarında dünyasını dəyişiblər. Hadisədə həyatını itirənlərin sayı 32-yə yüksəlib. Əl-Cumhuri və Əs-Səvra xəstəxanalarında yaralıların müalicəsi davam edir.
 
Yəmən Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, Sənanın Əl-Cərraf bölgəsində əsasən Ənsarullah Hərəkatı (Husilər) tərəfdarlarının olduğu Əl-Müəyyəd məscidinə təşkil olunan hücumda ilkin məlumatlara görə 20 nəfər şəhid olub, onlarla adam da yaralanmışdı. İlk hücumdan sonra yaralıların daşınması zamanı, məscidin yaxınlığında olan böyük qrupa qarşı bomba yüklü maşınla ikinci hücum edilib.
 
Hücumdan sonra İŞİD terror təşkilatına bağlılığını bildirən "Səna Vilayəti" adlı terror təşkilatın Twitter səhifəsindən verilən açıqlamada, Kusay Sənaani adlı terrorçunun məscidin içərisində intihar hücumu həyata keçirdiyi, təcavüzün "Husilərə qarşı intiqam" məqsədli olduğu bildirilib.

Google+ WhatsApp ok.ru