Vəhabi kralın 32 milyardlıq ziyanı

“Qətiyyət tufanı” terror əməliyyatı zamanı 3125 yerüstü hədəfə zərbə endirilib
Vəhabi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələrinin koalisiyasının endirdiyi hava zərbələri Yəmənə 32 milyard dollar ziyan vurub. 
 
Martın 26-da başlanan “Qətiyyət tufanı” əməliyyatı çərçivəsində vəhşi vəhabi Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr 3125 yerüstü hədəfə zərbə endirib.
 
İqilabçıların iddialarına görə, bu zərbələrdən yalnız 137-si hərbi obyektlərə yönəlib. Hava zərbələrinin 644-ü paytaxt Səna şəhəri və onun ətrafına, 525-i isə şimalda yerləşən Saada əyalətinə endirilib. Dağıdılan mülki obyektlər arasında 26 sənaye müəssisəsi, 31 ticarət mərkəzi, 23 məktəb, 21 məscid, 9 hospital, 7 stadion, 5 elektrik stansiyası da var. Bundan əlavə, 7 min ev və 51 dövlət idarəsi də zərər görən obyektlər sırasındadır.
 
Vəhabi ərəb koalisiyasının hərbi əməliyyatları nəticəsində həlak olanların və yaralananların 4560 nəfərini mülki şəxslər, yalnız 368-ni hərbçilər təşkil edir./

Google+ WhatsApp ok.ru