XİN-dən azərbaycanlılara – XƏBƏRDARLIQ 14 Yanvar 2016 02:00 Siyasət İndoneziyada xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. İndoneziyada baş verən terror aktları ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. XİN-dən Maide.az-a daxil olan məlumata görə, İndoneziyada baş vermiş terror aktlarında həlak olan və ya xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur: "Azərbaycanın İndoneziyadakı səfirliyi fəaliyyətini davam etdirir və məsələ ilə əlaqədar İndoneziyanın dövlət qurumları ilə təmasdadır. Səfirlik tərəfindən İndoneziyada daimi əsasda yaşayan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları tövsiyə olunub. Azərbaycanın İndoneziyadakı Səfirliyində otuza yaxın Azərbaycan vətəndaşı konsulluq qeydiyyatındadır". Teqlər : #XİNdən azərbaycanlılara – XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi ilə Müsavat başqanı arasında keçirilən görüşün təəfərrüatları məlum olub Adı rüşvət qalmaqalında keçən səfirimiz haqqında yeni məlumatlar
‘Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri’ mövzusunda dəyirmi masa keçirildi -Video