Yəmənin Zalii vilayəti bombardman edildi

Ərəbistan qırıcı təyyarələri Yəmənin cənubunda Zalii vilayətini bombalayıblar.
Maide.az xəbər verir ki, Səudiyyə Ərəbistan qırıcıları bu gün səhər 5 dəfə Zalii vilayətində Cərba düşərgəsi və Yəmən ordusunun zirehli diviziyasını bombalayıb. Belə ki, bu diviziyaya bağlı düşərgələrin daxilindəki partlayışa görə qatı tüstü dumanı müşahidə olunur. 
Digər tərəfdən səudiyyəli qırıcılar 5 dəfə yanacaq stansiyalarını hədəfə alaraq bu stansiyalara xəsarət vurub, Səna-Təəz istiqamətində Yərim məntəqəsində ərzaq məhsulları daşıyan yük maşınlarına hücum edib. Bu hadisədə 20 mülki şəxs həlak olub./
 

Google+ WhatsApp ok.ru