Yəmən Ənsarullahı Ədəndə əl-Qaidə qüvvələrini darmadağın etdi

Yəmən Ənsarullah Hərəkatının sözçüsü Ədən şəhərinin əl-Məlla məntəqəsində əl-Qaidə ünsürlərinin məhv edildiyini bildirib.
 
Maide.az xəbər verir ki, Məhəmməd Abdussalam deyib: "Yəmənin Ədən şəhərinin əl-Məəlla məntəqəsində əl-Qaidə terrorçuları və fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin yaraqlılarının məhv edilməsi ilə bu məntəqədə vəziyyət stabilləşib." 
 
Abdussalam əlavə edib ki, Səudiyyə Ərəbistanı Ədəndə əməliyyatının məğlubiyyətə uğraması ilə Əbyən vilayətində başqa cəbhələr yaratmağa çalışır. Lakin ordu və xalq komitələri cənub bölgələrdə bitişik xətlərin təhlükəsizliyini qoruya biliblər.

Google+ WhatsApp ok.ru