Ərəbistan qırıcılarının hücumunda 6 uşaq həlak olub

Ərəbistan qırıcılarının Yəmənin mərkəzində bir məktəbi vurması nəticəsində 6 uşaq həlak olub.
 
Maide.az xəbər verir ki, Ərəbistan qırıcıları Yəmənin mərkəzində, Əb şəhərində bir məktəbi bombardman edərək, 6 uşağın ölümünə, onlarla nəfərin yaralanmasına səbəb olublar. 
 
Ərəbistan qırıcıları həmçinin Yəmənin müxtəlif məntəqələrini, o cümlədən Məlahit və Zahir məntəqələrini 11 dəfə bombardman ediblər. 
 
Digər tərəfdən Ənsarullah xalq hərəkatı və əl-Qaidə terrorçuları Yəmənin cənubunda, xüsusilə Ədən şəhərində toqquşublar ki, bu da hər iki tərəfdən 18 nəfərin ölməsinə səbəb olub. 
 
Yəməndən daxil olan digər bir məlumata görə, Ərəbistanın Yəmənlə bağlı siyasətlərinin uğursuzluğa uğramasının ardınca, Ali-Səud rejimi Ceyşül İslam adlı terror dəstəsinin 3000 üzvünü Suriyanın Rif Dəməşq vilayətində yerləşən Şərqi Ğutə məntəqəsindən gəmi ilə Yəmənə aparıb.

Google+ WhatsApp ok.ru