Yəmən Ənsarullah hərəkatı Ər-Riyad iclasında iştiraka qarşı çıxdı

Maide.az-ın məlumatına görə, Ənsarullah Hərəkatının siyasi şurasının üzvü Məhəmməd əl-Bəxti çərşənbə axşamı deyib ki, Ərəbistanın Yəmənə hücum etdiyi zamana kimi yəmənli qruplar arasında danışıqlar davam edirdi. 
 
Məhəmməd əl-Bəxti bu açıqlamanı Yəmənin fərari prezidenti Əbd Rəbbə Mənsur Hadinin 17 may 2015-ci il tarixini yəmənli qruplar arasında milli müzakirə günü elan etməsinə reaksiya olaraq verib. Və əlavə edib ki, Ənsarullah hərəkatı Ər-Riyad iclasında iştirak etmək niyyətində deyil. Çünki hadisələr başlamazdan öncə Hərəkat Ərəbistanda danışıqlara qatılmaq istədiyini açıqlamışdı. Bu açıqlamaya baxmayaraq, Səud rejimi Ənsarullah Hərəkatının müraciətini rədd etmişdi.

Google+ WhatsApp ok.ru