Yəməndə müvəqqəti atəşkəs uzadılmadan başa çatdı

Yəməndə qida maddələrinin köçürülməsi üçün qurulmuış beşgünlük atəşkəs dünən gecə uzadılmadan başa çatdı.
 
Maide.az-ın məlumatına görə, səudiyyə qırıcıları dünən gecə Ədən və Səədə vilayətlərində bəzi məntəqələri bombalayıblar. Ərəbistan qırıcıları UNICEF-in tabeliyində olan yardım gəmilərini üç növbədə hücumlara məruz qoyublar. 
 
Eyni zamanda BMT-nin Yəmən üzrə nümayəndəsi müvəqqəti atəşkəsin uzadılmasını istəyib. Belə bir halda Yəmən ordusu və Ənsarullah xalq komitəsinin qüvvələri Təəz vilayətinin əksər məntəqələrini Əl-Qqaidə terrorçularının işğalından azad ediblər. Ərəbistanın təklif etdiyi Yəməndə atəşkəs ötən çərşənbə axşamı günü gecə başlamışdı. BMT Yəməndəki insani durumu faciəli adlandırıb ki, onun nəticəsində indiyədək əksəriyyətini sivillər təşkil edən 1600 nəfər həlak olub. 
 
Yəmənin Zumar şəhərinin əhalisi səudiyyəli təcavüzkarlarla mübarizənin davam etdirilməsini vurğulayıblar.
 
Zumar sakinləri Hüseyn Bədrəddin Əl-Husinin şəhadətinin ildönümü günü münasibətilə keçirilən geniş aksiyada iştirak ediblər. Yəmənlilər Hüseyn Bədrəddin Əl-Husi ilə əhd-peymanlarını təzələyərək, bu şəhidin Yəmənin üzləşdiyi problemlərlə mübarizə üçün verdiyi göstərişlər istiqamətində hərəkətin davam etdirilməsini vurğulayıblar. 
 
Zumar əhalisi "Amerikaya ölüm!" və "İsrailə ölüm!" şüarları səsləndirərək, Yəmənə qarşı Səudiyyə-Amerika təcavüzlə qətiyyətli mübarizənin aparılmasını tələb edib və bu döyüşdə qələbə qazanacağına əmin olduğunu vurğulayıb.

Google+ WhatsApp ok.ru