Yəməndə Husilərə aid hədəflər vurulub

Maide.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi altındakı koalisiya qüvvələrinə aid təyyarələr dünən gecə atəşkəs başa çatdıqdan sonra Ədən vilayətində Husilərin nəzarəti altındakı Xüsusi Qüvvələr Bazasına və Əli Abdullah Saleh tərəfdarlarına aid hədəflərə hava hücumu təşkil edib.
 
Hücumlarda ölən, ya da yaralanan olub olmadığına dair məlumat verilmir.
 
Yəməndə yerli vaxtla 23.00-dən sona başa çatan atəşkəs çərçivəsində xüsusilə güneydəki şəhərlərə yetərli humanitar yardımın çatmadığı bildirilib.
 
Xüsusilə sıx qarşıdurmaların baş verdiyi Ədən, Taiz, Əd-Dali, Əbyən və Lahic şəhərlərində xalqın böyük ümid bəslədiyi atəşkəs çərçivəsində paylanılan yardımlar ehtiyacı ödəməyib.

Google+ WhatsApp ok.ru