Yəmən müzakirələri bazar ertəsi keçiriləcək

Yəmən Ənsarullah xalq hərəkatının tabeliyində olan xalq komitəsi qüvvələri Ərəbistanın Yəmənə qarşı hava hücumlarının davam etməsinə cavab olaraq Ərəbistanın Cazan sərhəd məntəqəsinə qarşı mərmi hücumu edib.
 
Maide.az "Fələstin48"ə istinadən xəbər verir ki, Ərəbistan hüquq müdafiəsi qüvvələrinin sözçüsü Cazana edilən hücum zamanı bir nəfərin öldüyünü, birinin isə yaralandığını deyib. 
 
Digər tərəfdən, BMT bəyanat yayaraq, Yəməndə döyüşən tərəflər arasında Cenevrə sülh müzakirələrinin dayandırılmasından xəbər verib və bildirib ki, sabah başlanmalı olan bu müzakirələr bir gün təxirə salınıb.
 
Müzakirələr Yəməndə döyüşən əsas tərəflərin iştirakı ilə onların baxışlarının yaxınlaşdırılması və onların müzakirə masası arxasında oturmaları üçün Cenevrədə keçirilməlidir, amma Yəmənin fərari prezidenti Mənsur Hadi Ərəbistanın dəstəyi ilə bu iclasın keçirilməsinə mane olmağa çalışır. 
 
Yəməndən daxil olan xəbərlər isə göstərir ki, təsvir və sənədlərin yayılmasına baxmayaraq, Səudiyyə koalisiyası Sənada tarixi məntəqələrə hücumu inkar edir. 
 
Ərəbistan qırıcıları dünən Yəmənin yaşayış məntəqələrindən əlavə, Yəmənin paytaxtında qədim məhəllə və məntəqələrin bir neçəsini bombalayıb. YUNESKO bu hücumlara reaksiya verərərk, Sənada üçminillik binanın dağıdılmasını pisləyib və bu hücumda altı sivilin həlak olmasından təəssüflənib.

Google+ WhatsApp ok.ru