Yəmənin tanınmış alimlərindən biri terror edilib

Terrorçular Yəmənin mərkəzində tanınmış bir alimi terror ediblər.
Maide.az xəbər verir ki, Əl-Aləm kanalının məlumatına görə, əl-Qaidə terror təşkilatına bağlı silahlılar Yəmənin Məarib vilayətində, Cədan məntəqəsinin ən hörmətli alimlərindən olan Şeyx Naci Şəhran əl-Əcdəini terror edib.
Bu alim Səudiyyə Ərəbistanın Yəmənə qarşı təcavüzləri ilə kəskin müxalif idi. 
Başqa bir məlumata görə, Əl-Məyadin informasiya kanalı onlarla ərəbistan hərbçisinin dəniz yolu ilə Ədən şəhərinə daxil olmasından xəbər verib. Birləşmiş Ərəb Əmirliklərinin bir zabitinin Ədəndə öldürülməsinin ardınca onlarla Ərəbistan hərbçisi dəniz yolu ilə Ədənə daxil olub.
Ədəndə öldürülən Birləşmiş Ərəb Əmirlikləri zabiti Ərəbistanda xüsusi hərbi təlimlər keçdikdən sonra mülki geyimdə Ədənə daxil olan Birləşmiş Ərəb Əmirliyinin 11 zabitindən biri idi./

Google+ WhatsApp ok.ru