Ənsarullah Hərəkatı BMT-nin həll təklifindən imtina edir

Ənsarullah Hərəkatı BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsinin Yəməndə münaqişənin sülh yolu ilə həllində ciddi olmaması səbəbilə Oman sülh danışıqlarına üstünlük verə biləcəklərini bildirib.
 
Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Əl-Məyadin televiziya kanalına müsahibə verən Ənsarullah Hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd əl-Bəhti hərəkatın Yəmənlə bağlı alınacaq qərarlarda heç vaxt inhisarçı və tək tərəfli mövqe nümayiş etdirmədiyini bildirib.
 
"Yəməndəki mövcud vəziyyətin və qüvvələr fərqinin Ənsarullahın tərəfində olmasına baxmayaraq, biz sülh müqaviləsinin, eləcə də danışıqların tərəfdarıyıq. Bu gün Yəmən məsələsində əsas problem, Yəmənin daxilində deyil, sərhədlərindən kənarda baş verən hadisələrdir. Əsl problem Səudiyyə Ərəbistanı və onların Yəmən daxilində fəaliyyət göstərən terror qruplarına ödədiyi pullardır.
 
Biz, heç bir vaxt və heç bir şərtlə Mansur Hadinin tərəf olacağı müzakirəni əsla qəbul etməyəcəyik. Hazırda da qarşımızda Yəmənlə bağlı iki variant var. BMT və Misqat, yaxud Moskva və Oman variantı.
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhmədin ciddi olmaması, bizim Oman variantına üstünlük verməyimizə səbəb ola bilər"./

Google+ WhatsApp ok.ru