Yəməndə 1200 məhkum həbsxanadan qaçdı

Yəmənin qərbindəki Taiz şəhərində 1200 məhkum həbsxanadan qaçıb.
Maide.az xəbər verir ki, həbsxanadan qaçanlar arasında Əl-Qaidə terror təşkilatının üzvləri də var.
“Retuers” agentliyi hadisə ilə bağlı xəbər verib ki, məhbuslar ölkədə baş verən siyasi qarışıqlıqdan istifadə edərək qaça biliblər.
Onların hansı yolla həbsxanadan çıxdıqları barədə məlumat verilməyib.
Qeyd edək ki, Yəmən bir neçə aydır təcavüzçü Səud rejiminin hücumlarına məruz qalır. Hücumlar nəticəsində 2600-dən çox insan ölüb./

Google+ WhatsApp ok.ru