Ərəbistan qırıcılarının Yəmənə hücumları davam edir

Ərəbistan qırıcıları mübarək Ramazan ayında Yəmən məntəqələrinə qarşı hücumlarını davam etdirirlər.
 
Maide.az "Əlməyadin"ə istinadən xəbər verir ki, Yəmənin təhlükəsizlik mənbələri Ərəbistan qırıcılarının bu gün səhər tezdən bir neçə dəfə Yəmənin cənubundakı Əlhəcc vilayətində yerləşən Cəbən məntəqəsi və bu ölkənin şimalında yerləşən Səədə vilayətindəki Razəh və Ələnd məntəqələrini bombaladığını bildirirlər. Nəticədə bir neçə yəmənli həlak olub və yaralanıb. 
 
Yəmənin ordu və xalq komitələri qüvvələri də raketlərlə Səudiyyə hərbçilərinin mövqelərini hədəfə alıblar. Nəticədə bir Səudiyyə hərbçisi ölüb, bir hərbçi də yaralanıb. 
 
Ərəbistan öz müttəfiqləri ilə yanaşı, martın 26-dan bəri Yəmənə qarşı geniş hücumlara başlayıb ki, bu ölkənin fərari və istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarsın.
 
Bu hücumlar nəticəsində indiyədək əksər infrastruktur təchizatlar, xəstəxanalar, məktəblər və mənzillər dağıdılıb və minlərlə yəmənli, o sıradan yüzlərlə qadın və uşaq həlak olub və yaralanıb.

Google+ WhatsApp ok.ru