Yəmən işlərinin idarəsi üçün prezident şurasının təşkili istənilib

Yəmənin Ənsarullah xalq hərəkatının sözçüsü bu ölkənin işlərinin idarəsi üçün prezident şurasının təşkilini istəyib.
 
Maide.az xəbər verir ki, Ənsarullah xalq hərəkatının sözçüsü Muhəmməd Əbdussəlamın sözlərinə görə, Yəməndə prezident şurasının təşkili xarici təzyiqlər qarşısında toxunulmazlıq üçün yeganə həll yoludur və ölkənin işlərinin idarəsini qaydaya sala bilər: "Ərəbistanın Yəmənə qarşı hava hücumları və xarici müdaxilə BMT-nin Yəmən işləri üzrə nümayəndəsi İsmayil Vələd Əlşeyx Əhmədin beynəlxalq səylərini uğursuz qoyub və təcavüzkar tərəflər Yəmən böhranının siyasi həllində maneə törətmək üçün əllərindən gələni əsirgəmirlər. "
 
Yəmənin Ənsarullah xalq hərəkatının sözçüsü eyni zamanda qeyd edib ki, Yəmən böhranının həlli məqsədilə razılaşmaya çatmaq üzrə Oman paytaxtındakı görüşlər davam edir.

Google+ WhatsApp ok.ru