Ərəblər Səudiyyə vertolyotu vurudular

Yəmən mediası Ərəbistanın Nəcran bölgəsinin cənubunda bir Səudiyyə vertolyotunun vurulduğunu bildirirlər.
 
Maide.az xəbər verir ki, Nəcran Azadlıq Hərəkatı qüvvələri hadisəni təsdiqləyib və bunu tayfaların köməyi ilə etdiklərini açıqlayıblar. 
 
Həmin mənbələr Ərəbistanın Nəcran bölgəsində Nəcran Azadlıq Hərəkatı qüvvələri ilə Səudiyyə rejimi qüvvələri arasında şiddətli toqquşmaların baş verdiyini bildirirlər.
 
Bu mənbələr Nəcran Azadlıq Hərəkatı qüvvələrinin regionda mühüm nailiyyətlər əldə etdiklərini və yaxın saatlarda Nəcran hava sahəsinə hücum edəcəklərini bildiriblər.

Google+ WhatsApp ok.ru