Yəməndə Qırmızı Xaç Komitəsinin ofisinə hücum olub

Qırmızı Xaç Komitəsinin Yəmənin Ədən şəhərində yerləşən ofisinə hücum olub.
Deyerler.org-un "RIA Novosti"yə istinadən verdiyi xəbərə görə, hücum zamanı beynəlxalq humanitar təşkilatın avtomobilləri, avadanlıqları və vəsaitləri oğurlanıb.
"Naməlum silahlı şəxslər Qırmızı Xaç Komitəsinin binasına hücum edərək, personalı girov götürüblər. Binadan beynəlxalq pullar və avadanlıqlar oğurlanıb", - deyə Qırmızı Xaç Komitəsinin Adendə yerləşən ofisinin rəhbəri Samir Caruhi bildirib.
Onun sözlərinə görə, son zamanlar bu cür hadisələr tez-tez baş verib.
"Biz vəziyyət sakitləşənədək personalı digər ofisə köçürmüşük", - deyə o, bildirib. /

Google+ WhatsApp ok.ru