Yəmən: `Vəziyyəti dəyişəcək həmlələrimiz var`

Ənsarullah Hərəkatı Siyasi Bürosunu üzvlərindən olan Məhəmməd Əl-Buheyti Yəməndəki son proseslərdən bəhs etdiyi çıxışında, "Yəmən xalqının işğal güclərini birbaşa hədəfə almaq imkanına sahib olduğunu göstərdi", - deyə bildirib.
 
Maide.az xəbər verir ki, Məhəmməd Əl-Huheyti çıxışını belə davam etdirib:
 
"Bu hücum Yəməndəki xarici güclərin taktika dəyişdirməsinə səbəb olacaq. Çünki bu ölkələr Yəməni işğal üçün başladılan müharibəni asanlıqla idarə edəcəklərini düşünürdülər. Müharibədə rahatlıqla Yəmənə böyük zərər verə biləcəklərini təsəvvür edirdilər. Amma son hücum hadisənin həqiqi üzünü nümayiş etdirdi. Bu hücum Yəmən xalqının təcavüzkar qüvvələrə ağır zərbələr vura biləcəyini göstərdi.
 
Son hücum, işğal koalisiyasının planlarının o qədər də güclü olmadığının göstəricisidir. Bu günə qədər Səudiyyə Ərəbistanına bir çox zərbələr vurmuşuq. Onların bütün səyləri Yəmənin bütün bölgələrində uğursuz oldu. Yəmən Ordusu və Xalq Komitələri Səudiyyə Ərəbistanı sərhədində, hətta Səudiyyə Ərəbistanı torpaqlarında çoxsaylı uğurlu əməliyyat keçirib, bir çox Səudiyyə əsgərini öldürüb.
 
Yəmən Ordusu və Xalq Komitələri Ərəbistan torpaqlarının dərinliklərinə nüfuz edərək bir çox hərbi kompleksdə ağır əməliyyatlar keçirmək qabiliyyətlərinin olduğunu sübut etmişdir. Koalisiya ölkələri həmişə Yəmən ordusunun zəiflədiyini iddia edib. Amma son əməliyyatlar bu iddiaların doğru olmadığını sübut etdi."

Google+ WhatsApp ok.ru