Yəmənli Şeyx: `Bütün dünya Səud rejiminin yanında olsa belə...`

Səudiyyə rejiminin döyüş təyyarələri Yəmənə qarşı hava hücumlarının davamında dünən gecə yenidən paytaxt Sənada yaşayış məntəqələrini hədəf alaraq iki ailəni məhv ediblər. 
 
Maide.az xəbər verir ki, Yəmən "Əl-Məsirə" televiziyası Səudiyyə rejiminin bu bombardmanı nəticəsində dördü uşaq və üçü qadın olmaqla iki ailənin öldürüldüyünü bildirib.
 
Yəməndən gələn bir başqa xəbərdə isə Ən-Nəhzət və Şamlan bölgələrindəki məntəqələrə təşkil olunan bir başqa hava hücumunda da üç nəfər dünyasını dəyişib, bir neçə nəfər də yaralanıb.
 
Səudiyyə rejimi döyüş təyyarələrinin hücumu nəticəsində evi yerlə-yeksan olan Şeyx Məhəmməd Məhəmməd Ayiz, bu hücumlarla yıxılmayacaqlarını və müqaviməti davam etdirərək Səudiyyə rejimi və cinayət ortaqlarına qarşı mübarizədən qalib ayrılacaqlarını bildirib.
 
Şeyx Məhəmməd Məhəmməd Ayiz, bütün dünya ölkələrinin Səudiyyə rejiminə dəstək verəcəyi halda belə, Allahın onlara yardım edəcəyini söyləyib.

Google+ WhatsApp ok.ru